“Azərikard”ın baş direktoru açıqlama veribbackend

“Azərikard”ın baş direktoru açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərikard” MMC prosessinq mərkəzinin lisenziyasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası üzrə ödəniş xidmətini şirkətin öz müraciəti əsasında ləğv edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu “Azərikard”ın baş direktoru Fərid Quliyev bildirib.

Onun sözlərinə görə, şirkətin AMB-nin müvafiq lisenziyası əsasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası səlahiyyətlərinə malik olsa da, “Azərikard” faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərmirdi. Belə bir fəaliyyət növü şirkətin yaxın illər üzrə planlarına da daxil edilmədiyindən lisenziyadakı həmin xidmətin ləğvi üçün AMB-yə müraciət məqsədəuyğun sayılıb və bununla bağlı müsbət qərar qəbul olunub.

F.Quliyev vurğulayıb ki, “Azərikard” hazırda operator və ödəniş təşkilatı fəaliyyətini tam yerinə yetirməkdədir.

“Şirkətimiz yeni strateji dövr üçün təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq əsas diqqətini B2B (korporativ) seqmentə yönəldib və bu sahədə tərəfdaşlığı genişləndirir”, – deyə baş direktor qeyd edib.