“Azəriqaz”dan NARAZILIQ… İşçilər müxtəlif bəhanələrlə işdən çıxarılırbackend

“Azəriqaz”dan NARAZILIQ… İşçilər müxtəlif bəhanələrlə işdən çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB bölgələrdə işçilərin ixtisarına başlayıb. Struktur dəyişikliyi ilə əlaqədar keçirilən imtahanlardan yüksək bal toplayan işçilər kadr ehtiyat bazasına göndərilir.

NOCOMMENT.az tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. İşçilər tərəfindən ona göndərilən şikayət məktublarını ictimailəşdirən hüquq müdafiəçisi qeyd edib ki, yüksək bal toplayan işçiləri “Azəriqaz” rəhbərliyi işsiz qoyur.

Hüquq müdafiəçisinə bu məktubu Ağsu rayonundan Çəndirli Məhəmməd Rac oğlu göndərib:

“Mən Çəndirli Məhəmməd Rac oğlu “Azəriqaz” İB Ağsu RQİİ-nin Qazın balamması, satışı və müştəri xidmətləri şöbəsində mühəndis kimi çalışırdım. Dərəcəm 9 idi. İyul ayında struktur dəyişikliyi əlaqədar keçirilən imtahanda 40 sualdan 38 duz cavab yazmağıma baxmayaraq, məni kadr ehtiyyat bazasına veriblər.

Mən ali təhsilliyəm, heç bir xidməti yazım, töhmətim yoxdur. Kimdən də soruşuram niyə belə oldu, deyirlər bilmirik. Sadece olaraq, bu qədər haqsızlıq olmaz”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-in mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı. İxtisarların səbəbini, imtahanlarda yüksək bal toplayan kadrların niyə kadr ehtiyyat bazasına göndərildiyini dəqiqləşdirə bilmədik.

İB-in məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.