“Azəriqaz”dan qeyri-iş günləri ilə bağlı AÇIQLAMAbackend

“Azəriqaz”dan qeyri-iş günləri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Birlikdən NOCOMMENT.az -a bildirilib ki, abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı mərkəzinə məlumat versinlər. Bundan başqa, (+99477) 310-41-04 saylı daim aktiv rejimdə çalışan “WhatsApp” nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi dekabrın 31-i və 2021-ci il yanvar ayının 2, 3, 4-də səhər saat 10:00-dan saat 15:00-dək fəaliyyət göstərəcək. Xidmət Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək prospekti 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq. Əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməliyyatların icrası təmin ediləcək. Bütün bu işlərin görülməsi üçün BRQSD-nın rəhbər şəxsləri və 30 nəfər mühəndis heyəti iş başında olacaq.

Bundan başqa, “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq. Abonentlərin diqqətinə bir daha çatdırırıq ki, bayram günləri COVID-19 koronavirus pandemiyası ilə bağlı ölkədə sərtləşdirilmiş karantin dövrünə təsadüf etdiyindən müraciətlərə həssaslıqla yanaşılacaq. Ona görə də istənilən bir qəza halı ilə rastlaşdıqları zaman dərhal birliyin 104/185 saylı Çağrı mərkəzinə müraciət etsinlər. Müraciətlər birliyin sosial şəbəkə ünvanları üzərindən də göndərilə bilər. Bölgələrdə eynilə növbəlilik tətbiq etməklə birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq.