Azəriqaz İB və SOCAR-ın inteqrasiyası vətəndaşları necə narazı salır – İLGİNC FAKTLARbackend

Azəriqaz İB və SOCAR-ın inteqrasiyası vətəndaşları necə narazı salır – İLGİNC FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyinin vətəndaş müraciətləri sistemi SOCAR-ın vahid portalına inteqrasiya edildikdən sonra istifadəçilər texniki nasazlıqlardan və gecikmələrdən şikayətlənirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yaranan vəziyyət həm texniki, həm də inzibati boşluqlardan qaynaqlanır:

Krediti olanların NƏZƏRİNƏ: Bu halda həbs edilə bilərsiniz | KONKRET

“Əvvəllər sistem normal işləyirdi. SOCAR-a inteqrasiyadan sonra interfeystdə problemlər, müraciətlərin cavablandırılmasında gecikmələr müşahidə olunur. Bəzən sayt ümumiyyətlə açılmır. Bu, serverin gücünün kifayət qədər olmamasından xəbər verir. Çoxlu sayda vətəndaş daxil olduqda sistem yüklənməyə tab gətirmir.”

Ekspertin sözlərinə görə, problem yalnız texniki deyil, idarəetmə səviyyəsində də mövcuddur:

“Burada həm texniki, həm inzibati məsələlərdə uyğunsuzluqlar var. Uyğunsuzluqları müəyyən edib aradan qaldırmaq lazımdır. Bu portallar vahid idarəetmə sistemi adı altında birləşdirilib, lakin orada bürokratik amillər ön plana çıxır. Vətəndaş müraciət edir, cavab isə 10 günə gəlir. Halbuki bəzi müraciətlər 15 dəqiqəyə həll oluna bilər.”

Asif İbrahimov hesab edir ki, müraciətlərin növləri düzgün sinifləndirilməli, texniki və inzibati yanaşmalar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır:

“Portalın istifadəyə buraxılması beynəlxalq standartlara cavab verməlidir. Kompleks yanaşma tətbiq olunmadan bu problemlər davam edəcək.”