“Azəriqaz”ın baş direktoru deputatın təklifini bəyəndibackend

“Azəriqaz”ın baş direktoru deputatın təklifini bəyəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Milli Məclisin plenar iclasında son günlər seçicilərdən, eləcə də ayrı-ayrı vətəndaşlardan mexaniki-elektron sayğacların yazdığı vəsaitin faktiki sərfiyyatdan fərqlənməsi və nəticədə abonentlərin istifadə etmədikləri təbii qaza görə artıq vəsait ödəmələri haqda daxil olan şikayətləri barədə çıxış etdim.

Qeyd olunan problemin şəffaf araşdırılması və həlli üçün “Azəriqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiyanın və eyni zamanda kommunal xidmət göstərən qurumların yanında İctimai Şuraların yaradılmasını təklif etdim”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib. Onun sözlərinə görə, parlamenmtdəki çıxışdan sonra “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev onunla əlaqə saxlayıb:

“Ruslan Əliyev parlamentdə etdiyim çıxışdan sonra mənimlə əlaqə saxlayaraq, səsləndirdiyim təklifə müsbət yanaşdığını və tezliklə İctimai Şuranın formalaşdırılması ilə bağlı müvafiq prosesə başlanılacağını bildirdi.

Mən də öz növbəmdə Ruslan müəllimə verdiyi operativ reaksiyaya və məsələnin həllində maraqlı olduğunu nümayiş etdirdiyinə görə təşəkkür etdim”.

A.Quliyev hesab edir ki, əhaliyə xidmət göstərən bütün qurumlarda effektiv fəaliyyət göstərən İctimai Şuraların yaradılması ölkə Prezidentinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə əməl etməklə yanaşı, vətəndaş hüquqlarının daha yaxşı qorunması istiqamətində atılan mühüm addımdır.

“Ümid edirəm ki, “Azəriqaz” İstehsalat Birliyinin yanında fəaliyyət göstərəcək İctimai Şura vətəndaşları narahat edən məsələlərin həllində fəal iştirak edəcək, şəffaflığın daha yaxşı təmin olunmasına öz töhfəsini verəcəkdir”.
Modern.az