Azəriqaz maska məsələsinə münasibət bildirdibackend

Azəriqaz maska məsələsinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə sosial şəbəkələrdə bəzi iqtisadçı-ekspertlər Azərbaycanh Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Oğuz rayonundan olan vətəndaşlarla onlayn qəbul keçirərkən otaqda tibbi maskadan istifadə etməsini tənqib etmişdilər.

NOCOMMENT-in məlumatına görə, “Azəriqaz” rəhbərinin qapalı şəraitdə tibbi maskada oturması ciddi qəbul olunmayıb.

Bununla belə, bir çox sosial şəbəkə istifadəçiləri R.Əliyevin tibbi maska taxmasını vacib sayıblar.

Məsələ ilə bağlı İstehsalat Birliyindən bildirilib ki, baş direktor qəbul keçirərkən otaqda digər rəhbər şəxslər olduğundan, o tibbi maskadan istifadə edib.

“Qapalı yerlərdə karantin rejiminin tələblərinin gözlənilməsi şərtdir. Belə fikir səsləndirmək dardüşüncəlikdən irəli gəlir və onu iqtisaadçı-ekspertlərə yaraşdırmırıq. Hər bir məsələnin mahiyyətinə varmaq, sonra fikir səsləndirmək lazımdır. Əgər kimlərsə karonavirus pandemiyası ilə bağlı dövlətimizin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini məsxərəyə qoyursa, müvafiq qurumların belə çirkin təbliğat sahibləri barədə ölçü götürməsi fikrimizcə vacibdir”, – deyə “Azəriqaz” bəyan edib.