“Azəriqaz” İstehsalat Birliyi barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, sənədə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə sentyabrın 4-də baxılacaq.
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.