Azəriqaz: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaqbackend

Azəriqaz: Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan – fevral ayının 17-dən etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq. Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.