ÖZƏL: “Azərişıq” ASC nin “ölüm” məntəqələri – ŞİKAYƏTbackend

ÖZƏL: “Azərişıq” ASC nin “ölüm” məntəqələriŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün ölkə üzrə yeni tədris ilinə ciddi hazırlıq gedir. Yeni məktəblər tikilir, köhnələri təmir edilir. Dövlətimiz gənc nəslin sağlam şəkildə təhsil alması üçün hər növ qüvvə və vəsaitini əsirgəmir.
NOCOMMENT.az-ın redaksiyasına daxil olan şikayət məktubunda isə quruculuq işlərinin Lənkəran rayonunda da getdiyi, lakin yetərli səviyyədə olmadığı bildirilir.

Məktubda deyilir: “Bildiyimiz kimi hər bir məktəb ərazisində “Azərişıq” ASC- nin transformator məntəqələri mövcuddur. Lənkəran EŞ-in rəhbərliyi yeni tədris ilində bizim övladlarımızı gapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri ilə salamlayacaqlar.

Artıq uzun illərdir ki, Lənkəran EŞ- nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd-yuva salmışlar. TM-lərinin tikililəri qəzalı vəziyyətdədir. Qapı və pəncərələri yoxdur. Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub.
Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından gapı kimi istifadə olunub.
Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumuiyyətlə olmayıb.
Təbii olaraq çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin ciblərinə gedib?
“Azərişıq” ASC rəhbərliyinin Lənkəranda baş verən bu biabırçılıqdan xəbərləri varmı?
Maraqlıdır, “Azərişıq” ASC sədri Vüqar Əhmədovun “Cenub” RETSİ-yə və Lənkəran EŞ-nə yerləşdirdiyi kadrlarının bu yarıtmaz, cinayətkar əməllərindən xəbəri varmı?”

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Təhsil müəssisələrindən fotoları təqdim edirik:

Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəb

Lənkəran Peşə Liseyi

Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəb

Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəb

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey