Azərişıq-ın sayəsində uşaqlarım təhsildən geri qalır – ŞİKAYƏTbackend

Azərişıq-ın sayəsində uşaqlarım təhsildən geri qalır – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada və ölkəmizdə müşahidə olunan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq bütün təhsil müəssisələrində dərslər xüsusi forma və ya onlayn olaraq keçirilir.  

NOCOMMENT.az xəbər verir ki, onlayn dərslər zamanı insanlar əsasən internetin zəif olmasından şikayət edirlər. Lakin bəzi yaşayış məntəqələrində elektrik enerjisinin vaxtı-vaxtında daimi olaraq verilməməsi səbəbindən şagird və tələbələrin dərsləri yarımçıq qalır. Bu isə təhsilin keyfiyyətinə bilavasitə təsir edir.

Redaksiyamıza daxil olan vətəndaş şikayətini olduğu kimi təqdim edirik:

“Salam. Mən, Qasımov Ayaz Sultanağa oğlu Abşeron rayon Xırdalan şəhəri 20 yanvar küçəsində yaşayıram. Hər gün səhər saat 8-dən 12:00-a, bəzən isə13:00-a qədər işıqlar sönür. Pandemiya ilə əlaqədar olaraq iki oğlum (biri 8-ci sinif, digəri isə 9-cü sinif) online dərslərə qoşulmalıdırlar. Amma Azərişıq-ın “böyük xidməti” sayəsində uşaqlar təhsildən geri qalırlar. Dəfələrnən qaynar xətlərinə zən edib müraciət etmişəm heç bir xeyri yoxdur. Deyirlər qəza var. Hər gün qəzamı olur? Son vaxtlar qaynar xətləri də işləmir. Bu qədər məsuliyətsiz, qeyri-ciddi idarə görməmişəm”, – deyə vətəndaş bildirir.

Qeyd edək ki, “Azərişıq” ASC ilə əlaqə yaratmağa cəhd etsək də, telefon zənglərimizə cavab verilmədi. Qarşı tərəfin bu barədə mövqeyini işıqlandırmağa hazırırq.