Azərişıq Masazırdakı qalmaqallı tikinti şirkətini məhkəməyə verdibackend

Azərişıq Masazırdakı qalmaqallı tikinti şirkətini məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti (ASC) məşhur tikinti şirkətinə – “İlin Dörd Fəsli” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT xəbər verir ki, “Azərişıq” ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyeva tərəfindən bu gün baxılacaq.

Məlumat üçün bildirək ki, “İlin Dörd Fəsli” MMC tərəfindən inşa olunan böyük yaşayış komplekslərindən biri Masazır qəzəbəsində yerləşən “Yeni Baki” Yaşayış Kompleksidir. Bu yaşayış kompleksilə bağlı problemlər son illər dəfələrlə gündəmə gəlib. “Yeni Baki” Yaşayış Kompleksində yaşayan sakinlərin əsas narazıllıqlarından biri də elektrik enerjisinin verilməsi xidmətlərilə bağlı olub.

Onu da bildirək ki, 2019-cu ildə “Yeni Baki” Yaşayış Kompleksi komendant Ehtiram Yusifovun iş yerində odlu silahdan atəş açaraq 3 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsilə də gündəmə gəlmişdi.