Azərişıq ödənişlərinə əlavə 1 manat hansı halda tələb olunur? – MilliÖn açıqladıbackend

Azərişıq ödənişlərinə əlavə 1 manat hansı halda tələb olunur? – MilliÖn açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MilliÖn terminllarından “Azərişıq” üzrə qeyri-əhali ödənişi zamanı əlavə 1 AZN ödəniş olunmalıdır.

NOCOMMENT.az xəbər verir ki, şirkət bu gün yayılan məlumatlara münasibət bildirib. Qeyd olunub ki, bu əlavə ödəniş əhalinin işıq pulu ödənişlərinə aid deyil:

“Bu, yalnız qeyri-əhali, yəni restoran, mağaza, fabrik, zavod və s. kommersiya obyektlərinə aiddir. Məlumat üçün bildiririk ki, əlavə ödəniş “Azərişıq” ASC tərəfindən deyil, MilliÖN tərəfindən tətbiq edilir”.