“Azərişıq” sədri  Oğuzda vətəndaşları qəbul edibbackend

“Azərişıq” sədri Oğuzda vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 5-də Oğuz Elektrik Şəbəkəsinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Oğuz rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.