Azərişıq və Azərenerji-nin mətbuat katibləri koronavirusa yoluxublarbackend

Azərişıq və Azərenerji-nin mətbuat katibləri koronavirusa yoluxublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev koronavirusa yoluxub.

NOCOMMENT xəbər verir ki, bu barədə o, özü məlumat verib.

“Çalışın özünüzü qoruyun. Bu, çox amansız xəstəlikdir. Arxayın olub, müalicəni yarımçıq saxlamayın. Vitaminlər, bol maye, güclü yeməklərlə maksimum hərəkətdə olun. Passivləşməynizə imkan verməyin. Hər nə olur-olsun, yüksək əhval ruhiyyəni qoruyun. Ağrıları dözülməzdir, amma təslim olmaq olmaz!”, – deyə o qeyd edib.

Report-un əldə etdiyi məlumata görə, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin də bir neçə gün əvvəl verdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb.

Hazırda hər iki mətbuat katibi ev şəraitində müalicə olunur.