“Azəristiliktəchizat” ASC ilə bağlı daha bir narazılıq gündəmə gəlib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Zülya Məmmədovanın sözlərinə görə, 2014–2023-cü illər ərzində hər dəfə istilik xidmətindən imtina edilsə də, hər il onun adına borc yazılıb:
“2014-cü ildən 2023-cü ilə qədər hər il idarəyə yaxınlaşıb istilikdən imtina etmişik. Lakin buna baxmayaraq hər dəfə bizə borc gətirirlər. Dəfələrlə sənədləri toplayıb təqdim etmişik, amma ortada nə “Azərişıq”ın rəsmi təsdiqi var, nə də akt. Qaynar xəttə müraciət etdikdə rayon idarəsinə yönləndirirlər, rayon idarəsi isə məsuliyyəti üzərindən atır”.
Şikayətçi bildirir ki, artıq illərdir davam edən bu problem vətəndaşlara ciddi narahatlıq yaradır, amma məsələ hələ də həllini tapmayıb.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-yə İlham Mirzəliyev rəhbərlik edir.