Azəristiliktəchizat: Bu gündən istiliyin verilməsinə başlanılıbbackend

Azəristiliktəchizat: Bu gündən istiliyin verilməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.

NOCOMMENT xəbər verir ki, bunu report-a eksklüziv açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub: “Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.

“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib.