“Azərkosmos” BƏƏ şirkəti ilə əməkdaşlıq edəcəkbackend

“Azərkosmos” BƏƏ şirkəti ilə əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

NOCOMMENT.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, Müqaviləyə əsasən “Azərkosmos” və “TheAngle” şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.

”TheAngle” ilə davamlı əməkdaşlığımız peyk bazarında mövcudluğumuzu gücləndirəcək və bizə daha çox müştəriyə xidmət etmək imkanı verəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye bildirib.

“Bu əməkdaşlıq Yaxın Şərqin enerji sektorunda şirkətimizin peyk xidmətləri üzrə etibarlı provayder mövqeyini daha da möhkəm-ləndirəcək”, – deyə “TheAngle” şirkətinin Baş direktoru Hassam Karim qeyd edib.