“Azərmətbuatyayım”ın xalis mənfəəti yarıbayarı azalıbbackend

“Azərmətbuatyayım”ın xalis mənfəəti yarıbayarı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərmətbuatyayım” ASC 2019-cu ili 82 min manat xalis mənfəətlə başa vurub.

NOCOMMENT.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 60,2% azdır.

Ötən il “Azərmətbuatyayım” qəzet-jurnal satışından 2,9 milyon manat və yaxud əvvəlki ilə nisbətən 81,4% çox gəlir əldə edib. Amma səhmdar cəmiyyətinin satışının maya dəyəri də elə bu qədər – 2,9 milyon manat olub. Bu isə illik müqayisədə 59,9% çoxdur.

Hesabat dövründə “Azərmətbuatyayım” icarədən 116 min manat (76,5% az) gəlir əldə edib, onun inzibati xərcləri 11 min manat (42,3% az), mənfəət vergisi ödəmələri isə 21 min manat (60,2% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərmətbuatyayım”ın aktivləri 2,6 milyon manat olub ki, da 1 il əvvələ nisbətən 6% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,1% artaraq 2,1 milyon manata, balans kapitalı isə 21,9% artaraq 546 min manata çatıb.

Xatırladaq ki, “Azərmətbuatyayım” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 345 min manatdır.