“Azərnet” şirkəti ləğv edilərək “Ultel”ə birləşirbackend

“Azərnet” şirkəti ləğv edilərək “Ultel”ə birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərnet MMC haqqında yeni qərar qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu MMC təşkilati-hüquqi formasını dəyişir. Belə ki, Azərnet MMC Ultel MMC-yə qoşulması nəticəsində ləğvini elan edir.

Yenidən təşkil edilən “Azərnet” MMC-nin qanuni təmsilçisi İsmayılov Nicat Əfqan oğlu olub. 2010-cu ildə dövlət qeydiyyatına alınan bu şirkətin nizamnamə kapitalı 100 000 manat təşkil edib.

Ultel MMC isə 2001-ci ildə dövlət qediyyatına alınıb, nizamnamə kapitalı 2 035 530 manatdır. Bu şirkətin qanuni təmsilçisi isə İlqar Nəhmədovdur.\\Valyuta.az