Azərpoçt-un əməkdaşının məhkəməsi başlayırbackend

Azərpoçt-un əməkdaşının məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də mənimsəməyə yol vermiş Sücayət Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında araşdırılacaq.

İttihama görə, S.Ələkbərovanın işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəməyə yol verib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.