“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıbbackend

“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) ehtimal qiyməti 1 milyon 994 min 200 manat olan tender müsabiqəsi elan edib.

NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsi maye xlorun alınması ilə bağlıdır.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti maksimal tutumu bir tonluq olan konteynerlərdə 1 300 ton maye xlor almaq istəyir.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bir ton maye xlor üçün 1 534 manat ödəməyi nəzərdə tutub.