Azərsu bu rayonların suyunu kəsəcəkbackend

Azərsu bu rayonların suyunu kəsəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Azərsu ASC-dən NOCOMMENT-ə verilən məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.