Azərsu: O ərazilərdə su gəlmirsə, səbəb…backend

Azərsu: O ərazilərdə su gəlmirsə, səbəb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda su təchizatı ilə bağlı problem yaşanmır.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a bəzi ərazilərdə içməli suyun olmaması barədə məlumatlara cavab verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

O bildirib ki, bəzi ərazilərdə suyun olmamasının səbəbi qarlı hava şəraiti ilə əlaqədar su borularının donmasıdır: “Hazırda bəzi yerlərdə suyun olmaması ASC ilə bağlı məsələ deyil. Azərsu ASC-nin mənbələrində, hidrotexniki qurğular, nasos stansiyaları, anbarlar və magistral xətlərində su təchizatı normal qaydada aparılır. Xətlərin və 11 ədəd sayğacın donması barədə bizim çağrı mərkəzimizə zənglər daxil olub. Bu problemlər əsasən həyət evlərində, Bakıətrafı ərazilərdə qeydə alınıb”.

Qeyd edək ki, Binəqədi, Yasamal, Qaradağ və bir necə rayonunun bəzi hissələrində içməli suyun verilməsində problem yaşanır.