AZƏRTAC redaktor və tərcüməçi axtarırbackend

AZƏRTAC redaktor və tərcüməçi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC rus dili üzrə redaktor və tərcüməçi vəzifələrinə vakansiya elan edir.

NOCOMMENT.az xəbər verir ki, redaktor vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:

– Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş xəbərlərin redaktəsi;

– Rus dilində yazılan və redaksiyaya daxil olan materialların buraxılışa hazırlanması;

– Vacib xəbərlərin operativ tərcümə edilməsinin təşkili;

– Tərcümələrin və müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;

– Materialların tərcüməçilər arasında bölüşdürülməsinə və tərcümənin icrasına nəzarət edilməsi;

Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.

Namizədlərdən özləri haqqında məlumatı iyulun 12-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Tərcüməçi vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:

– Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;

– Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;

– Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;

Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.

Namizədlərdən özləri haqqında məlumatı iyulun 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.