“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edibbackend

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Builki mövsümdə “Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bunun 218,3 hektarı şirkətin özünə aid, 443,8 hektarı isə fermerlərə məxsus sahələrdir. Qısa müddətdir ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. İndiyədək ASC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 476,4 ton yaş tütün kütləsi daxil olub.

Bu barədə NOCOMMENT.az  Azərtac-a istinadən xəbər verir.

Bildirilib ki, bu il şirkət tərəfindən tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə Şəkidə 377 hektar, Qaxda 141,3 hektar, Zaqatalada 57,3 hektar, Balakəndə 45,9 hektar, Oğuzda isə 40,7 hektar sahədə tütün əkilib. Bu günədək emal məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 226,1 ton, Şəki rayonu üzrə 95,1 ton, Qax rayonu üzrə 73,2 ton, Zaqatala rayonu üzrə 58 ton, Oğuz rayonu üzrə isə 23,9 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütün kütləsindən 15,7 quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə, 262 tütünqurutma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaş tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.