“Azneft” İB-nin dərin dəniz özülündə yanğın baş verib, ölən varbackend

“Azneft” İB-nin dərin dəniz özülündə yanğın baş verib, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 sentyabr 2024-cü il tarixində “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Allahdan mərhuma rəhmət diləyir, doğmalarına başsağlığı veririk.

Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.