Azot gübrələri daşıyan beş vaqon Samara yaxınlığında relsdən çıxıbbackend

Azot gübrələri daşıyan beş vaqon Samara yaxınlığında relsdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samara vilayətindəki “Jiqulevskoe More” stansiyasında azot gübrəsi olan beş vaqon relsdən çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Üç vaqonun yanlarına aşdığı bildirilir. İnsident yük qatarının dağaltı parkdan yola düşdüyü zaman baş verib.

“Nəqliyyatda heç bir gecikmə olmayıb. Hazırda bərpa işləri aparılır”, – məlumatda deyilir.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.