Azov limanında iki gəmi toqquşubbackend

Azov limanında iki gəmi toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 20-də Azov dəniz limanının akvatoriyasında “Qırmızı xətt” və TH-709 gəmiləri arasında toqquşma baş verib. Gəmilərə ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.

Rostov vilayətində hadisənin baş vermə şəraiti yoxlanılır.

Cənub Nəqliyyat Prokurorluğunun müstəntiqləri və əməkdaşları hadisənin baş vermə səbəblərini aydınlaşdırır, yoxlamalar aparılır. İlkin məlumatlara görə, tələfat və neft dağılmaları baş verməyib.