“Azovstal”da 1908 ukraynalı əsgər silahını yerə qoydu – Şoyqubackend

“Azovstal”da 1908 ukraynalı əsgər silahını yerə qoydu – Şoyqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mariupoldakı “Azovstal” metallurgiya zavodunda indiyədək 1908 Ukrayna əsgəri silahını yerə qoyub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O qeyd edib ki, Ukrayna əsgərləri dinc əhalini şəhəri tərk etməyə qoymur, onlardan “insan qalxanı” kimi istifadə edir:

“Quruda məğlub olan Kiyev rejimi bəzi sahələrdə ən azı qısamüddətli uğurlar əldə etməyə və onları böyük uğur kimi göstərməyə çalışır.

Ukraynalı millətçilərin saxladığı mülki şəxslər fabrik ərazisindən təxliyə olunub. 85-i qadın və 47-si uşaq olmaqla, 177 mülki şəxs xilas edilib. Onlara tibbi və psixoloji dəstək göstərilib. Mühasirəyə alınan zavodda olan millətçilər təslim olmağa başlayıb.

İndiyədək 1908 nəfər silahı yerə qoyub. Xatırladıram ki, bundan əvvəl 1387 ukraynalı dənizçi silahı yerə qoyub.

Nazir bildirib ki, indiyə kimi Ukraynadakı təhlükəli bölgələrdən 1 milyon 377 min nəfər Rusiyaya təxliyə edilib.