“Azpetrol” şirkətinə qarşı ittihambackend

“Azpetrol” şirkətinə qarşı ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yanacaq satışı bazarında əsas oyunçulardan olan “Azpetrol LTD” MMC cərimələnə bilər.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati iş başlanıb.

İşə Nizami Rayon Məhkəməsində baxılacaq.

Bu maddə ilə şirkəti 500 manat cərimə gözləyir.

“Azpetrol LTD” MMC 1997-ci ildən fəaliyyət göstərir.