“Azpul” MMC-də QANUN POZUNTUSU- müştərinin telefon “kontakt”ına icazəsiz daxil olurbackend

“Azpul” MMC-də QANUN POZUNTUSU– müştərinin telefon “kontakt”ına icazəsiz daxil olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank Olmayan Kredit Təşkilatı “Azpul” MMC mobil tətbiqi vasitəsilə müştərinin şəxsi telefon kontaktlarına icazəsiz daxil olub və oradakı nömrələrə zəng edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 32gun.az-a müraciət daxil olub. Azərbaycan vətəndaşının məlumatına əsasən,

Müştəri bildirir ki, kredit borcunun qısa müddətli gecikməsi səbəbindən təşkilat tərəfindən bir neçə dəfə zəng edilib. Lakin o, həmin zəngləri cavablandıra bilmədikdən sonra, kredit müqaviləsində qeyd edilməyən və sistemdə göstərilməyən başqa bir nömrəyə zəng edildiyini, həmin şəxsin isə ona borc barədə məlumat verildiyini deyib.

“Mənim telefonumun kontakt siyahısında olan, lakin sistemdə qeyd etmədiyim nömrəyə zəng ediblər. Bu, o deməkdir ki, ‘Azpul’ tətbiqi vasitəsilə telefonuma icazəsiz müdaxilə olunub və oradakı şəxsi məlumatlara giriş əldə edilib. Bu, açıq şəkildə qanun pozuntusudur,” – deyə vətəndaş bildirib.

Müqavilə bəndləri belə hallara icazə vermir

Müştərinin “Azpul” MMC ilə bağladığı kredit müqaviləsində bir neçə bənd kreditora müəyyən hallarda əlaqə yaratmaq səlahiyyəti versə də, heç biri müştərinin şəxsi telefon kontaktlarına daxil olmaq və oradan nömrə götürmək üçün hüquqi əsas yaratmır.

Müqavilənin 5.6.2 bəndi

Bu bəndə görə, kreditor yalnız borcalan tərəfindən təqdim edilmiş və ya onun vasitəsilə məlum olmuş üçüncü şəxslərlə əlaqə yarada bilər.
Bu isə yalnız müştərinin özü tərəfindən könüllü təqdim edilən nömrələrə aiddir və cihaz kontaktlarının avtomatik oxunmasına aid deyil.

Müqavilənin 2.3.3 bəndi

Burada kreditora müştərinin şəxsiyyət vəsiqəsi rekvizitləri, qeydiyyat ünvanı, ailə vəziyyəti, təhsil, gəlir-xərc məlumatları, mobil və ev telefon nömrələri, elektron poçt ünvanı, bank hesabı rekvizitləri və saytdan və ya tətbiqdən avtomatik ötürülən məlumatları toplamaq səlahiyyəti verilir.
Lakin bu, yalnız müştərinin təqdim etdiyi və ya sistem tərəfindən texniki yolla ötürülən məlumatları əhatə edir.
Telefon kontaktlarının siyahısına müdaxilə və ya oradan nömrə götürmək bu bəndin tərkibinə daxil deyil.

Rabitə operatorları ilə bağlı bənd

Müqavilədə kreditora müştərinin şəxsiyyət məlumatlarını rabitə operatorlarına ötürmək və nömrənin müştəriyə məxsusluğunu yoxlatmaq hüququ verilir.
Bu müddəa yalnız abonent nömrəsinin kimə aid olduğunu yoxlamaq məqsədinə xidmət edir, telefon kontaktlarının oxunmasına və şəxsi məlumatların toplanmasına aid deyil.

Hüquqi qiymətləndirmə

Azərbaycan Respublikasının “Şəxsi məlumatların qorunması haqqında” Qanununun 8 və 9-cu maddələrinə əsasən, şəxsi məlumatların toplanması və emalı yalnız məlumat sahibinin açıq və məlumatlı razılığı ilə həyata keçirilə bilər. Telefon kontaktları şəxsi məlumat sayılır, və buna görə də müştərinin icazəsi olmadan cihaz kontaktlarına daxil olmaq qanunsuzdur.

Müştəri polisə müraciət edəcək

Müştəri bildirib ki, şəxsi həyatına müdaxilə və şəxsi məlumatların qanunsuz əldə olunması faktı ilə bağlı polisə və digər aidiyyəti dövlət orqanlarına rəsmi müraciət edəcək.
O, həmçinin Məlumatların Qorunması üzrə dövlət orqanına və Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinə də yazılı şikayət göndərməyə hazırlaşır.

Müraciətdə “Azpul” MMC-dən telefon kontaktlarına girişin texniki və hüquqi əsasını izah etməsiicazəsiz əldə edilmiş nömrələrin və məlumatların silinməsi tələb olunur.

Qeyd: Azərbaycan qanunvericiliyinə görə, şəxsi məlumatların icazəsiz toplanması və üçüncü şəxslərə ötürülməsi inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, bu ilin iyul ayında Bank olmayan kredit təşkilatı “AZPUL” MMC-nin (AZPULMAT) rəhbəri dəyişdirilib. Mustafayev Məhəbbət Məhəmməd oğlu şirkətin direktoru təyin edilib.