“Aztelekom”un rəhbəri dəyişdibackend

“Aztelekom”un rəhbəri dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.

T. Pirverdiyev, “Azercell Telecom” şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.