AzTU-ya yeni prorektor təyin olundubackend

AzTU-ya yeni prorektor təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyinat olub.

NOCOMMENT.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, vəzifə Rəşad Kazımova həvalə olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib. 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib./Report