AzTV-də kadr dəyişikliyi: Kimlər vəzifədən getdi?backend

AzTV-də kadr dəyişikliyi: Kimlər vəzifədən getdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr islahatları olub.

NOCOMMENT bizim.media-ya istinadən xəbər verir ki, televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifəsindən azad edilib. Onun yerinə tanınmış politoloq Tofiq Abbasov təyin olunub.

Televiziyanın maliyyə və mühasibat uçotu departamentinin rəisi Niyaməddin Quliyev də tutduğu vəzifəsindən azad edilib.

Bundan başqa, İnformasiya Proqramları Baş studiyasının direktoru Mehriban Məmmədovanın səlahiyyətləri azaldılıb, bir çox verilişlər başqa departamentə ötürülüb.

Xatırladaq ki, bir gün əvvəl Baş proqram direktoru İlham Alışanov da vəzifəsindən uzaqlaşdırılıb.

O, bundan sonra televiziyada bədii komisiyaya rəhbərlik edəcək.