AzTV ilə bağlı narazılığa səbəb olan sorğu necə keçirilib?backend

AzTV ilə bağlı narazılığa səbəb olan sorğu necə keçirilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial Tədqiqatlar Mərkəzinin 44 günlük müharibə ilə bağlı keçirdiyi sorğunun nəticələri cəmiyyətdə birmənalı qarşılanmayıb. Sorğu nəticələrinə əsasən, müharibə dövründə xalqımız (66,6%) məlumatları ən çox AzTV-dən alıb.

NOCOMMENT.az xəbər verir ki, bu nəticəni isə həqiqət saymayanlar var. Onların fikrincə, insanlar həmin ərəfədə məlumatları internetə qoyulan məhdudiyyətlərə baxmayaraq, VPN proqramlarından istifadə etməklə sosial şəbəkələrdən, xüsusilə də “Telegram” və “Twitter”dən əldə ediblər.

Sosial şəbəkələrdəki geniş müzakirələri nəzərə aldıqda isə bir sual yaranır: Bu sorğu necə və harada keçirilib?

Məsələ ilə bağlı suallarımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirdi ki, sorğuda təsadüfi üsulla seçilmiş 603 nəfər respondent iştirak edib:

“Beynəlxalq təcrübəyə görə, 10 milyonluq əhali üçün nəzərdə tutulan respondent sayı 384 nəfər təşkil edir. Biz 603 nəfər götürmüşdük ki, iştirak tam təmin olunsun. Tədqiqat 7 iqtisadi rayonda, eləcə də Bakı və Abşeron üzrə keçirilib. Sorğu şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Statistik xəta əmsalı cəmi 2,8, əminlik əmsalı isə 95%-dir. Sorğu 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri səhər saat 10:00-dan axşam saat 21:00-dək davam edib. 1 nəfərin sorğuda iştirakının orta müddəti 12 dəqiqə 15 saniyə təşkil edib. Sorğu demək olar ki, əhalinin bütün sosial demoqrafik qruplarını əhatə edə bilib.

Respondentlərin 90%-i Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğaldan azad olunmasına inandığını deyib. Bu, ən böyük gözləntidir”.

Ə.Əlibəyli qeyd etdi ki, sorğuya əsasən 44 gün ərzində əhalinin 90%-i məlumatları televiziyadan alıb:

“Ən çox baxılan kanal kimi AzTV-nin adı çəkilib – 66,6%. Amma informasiya mənbəyi kimi Prezidentin sosial şəbəkə hesabları böyük qiymət alıb. Təkcə “Twitter”dən Prezidenti izləyənlərin sayı 79% olub. 13% “Instagram”, 11% “Facebook” üzərindən izləyib. 44 günlük forma budur”.

Bakupost.az