AzTV-nin departament rəhbəri işdən kənarlaşdırıldıbackend

AzTV-nin departament rəhbəri işdən kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru Niyaməddin Quliyev vəzifəsindən uzaqlaşdırılıb.

NOCOMMENT.az Konkret.az-a istinadla xəbər verir ki, artıq bir həftədən çoxdur bu barədə qərar verilib.

AzTV sədri Rövşən Məmmədovla özünün yaxın adamı olan kadrı arasında ciddi narazılıq olub.

Son 4 ildə N. Quliyev artıq 4-cü şəxsdir ki, departament rəhbəri vəzifəsindən kənarlaşdırılır.

Niyaməddin Quliyev hazırda məzuniyyətə göndərilib. Məzuniyyət başa çatdıqdan sonra onun haqqında rəsmi əmr veriləcək. Yəqin elə buna görə AzTV-nin rəsmi saytında hələ də Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru vəzifəsində onun adı göstərilir.