AzTV-nin əməkdaşına vəzifə verildibackend

AzTV-nin əməkdaşına vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzTV-nin Aran regionu bürosunun əməkdaşı Samir Quliyevə yeni vəzifə verilib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, o, Azərişıq ASC-nin mətbuat xidmətinin yeni yaradılan regional ofisinin rəhbəri təyin olub.

Xatırladaq ki, Samir Quliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər müxtəlif mətbaut orqanlarında, eləcə də 2003-cü ildən AzTV-nin Mingəçevir, Yevlax, Göyçay, Zərab, Ucar, Ağdaş üzrə xüsusi müxbiri olub. “Qızıl Qələm” mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Mənalı ömürlər”, “Ömürdən izlər”, “Sevgi qəbri”, “Yağış məni ağlayır”, “Kədərinə vəfalı” adlı bədii və publisistik kitabların müəllifidir.