AzTV-nin kadr strukturunda dəyişiklik olub? – Açıqlamabackend

AzTV-nin kadr strukturunda dəyişiklik olub? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Televiziyamızın kadr strukturunda da hər hansı dəyişiklik baş verməyib, əməkdaşlarımızın hər biri öz işinin başındadır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, bu gün bəzi saytlarda AzTV-də kadr dəyişikliyi ilə bağlı xəbər yayılıb: “Həmin informasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir. Bu məlumatların heç bir əsası yoxdur.

Bir daha bildiririk ki, hər hansı məlumatı dəqiqləşdirmədən, TV-nin mövqeyini öyrənmədən yalan və əsassız materialları ictimaiyyətə ötürmək “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla zidiyyət təşkil edir. Eyni zamanda, əsassız məlumatlar yaymaq məsuliyyətsizliklə yanaşı, oxuculara hörmət etməməkdir”.
APA