AzTV-nin rəhbərliyi jurnalistləri təhqir etdi – FOTOFAKTbackend

AzTV-nin rəhbərliyi jurnalistləri təhqir etdiFOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Nazilə Babayeva Konkret.az xəbər portalının Baş redaktoru, tanınmış jurnalist Fadil Paşayevin özünün facebook səhifəsində etdiyi paylaşıma təhqir dolu rəy bildirib.

N.Babayeva müxtəlif səbəblərdən AzTV-dən işdən kənarlaşdırılanların ünvanına ağır ifadələr işlədib.

Bu hal N.Babayevanı sosial şəbəkə istifadəçilərinin qınağına tuş edib, dövlət televiziyasında yüksək vəzifə daşıyan xanımın ifadələrinin məhkəmə predmeti olduğu bildirilib.

Qeyd edək ki, Nazilə Babayevə sədr Rövşən Məmmədov tərəfindən AzTV-də yüksək vəzifəyə təyin olunub. Fəaliyyəti müddətində o, kollektivlə həddindən artıq kobud rəftarı və qalmaqallarla gündəmə gəlib, AZTV-də ona verilən yüksək imtiyazdan həddindən artıq istifadə etməsinə görə dəfələrlə ciddi tənqid olunub.

Buna baxmayaraq barəsində heç bir tədbir görülməyib, əksinə dövlət kanalında gündən sərhədsiz fəaliyyətləri ilə gündəmə gəlir.

 

Yenicag.az