AzTV şəhidlərimizi belə tanıdacaq – VİDEObackend

AzTV şəhidlərimizi belə tanıdacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Televiziyası Vətən müharibəsində canını torpaqlarımız uğrunda fəda etmiş şəhidlərimizin, qazilərimizin cəmiyyətə tanıdılması məqsədi ilə yeni layihəyə start verib.

NOCOMMENT.az xəbər verir ki, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatına görə, şəhid məktubları üzərində qurulmuş “Danışan məktublar” adlı layihə hər həftənin bazar günü saat 18:30-da yayımlanacaq. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan verilişin ilk buraxılışı dekabrın 13-ü efirə veriləcək.

Layihənin ssenari müəllifi Leyla Qədirzadə, aparıcısı isə Güldəstə Nəsibdir.