Azyaşlıların spirtli içki qəbul etməsi ilə bağlı araşdırma başladıldıbackend

Azyaşlıların spirtli içki qəbul etməsi ilə bağlı araşdırma başladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ətrafında araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, dəfələrlə valideynlərə uşaqların yanında spirtli içki istifadə etməmələri ilə bağlı müraciət edilib. Çünki uşaqlar bunu örnək olaraq sonradan təkrarlayırlar.

Xatırladaq ki, azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsindı videogörüntü paylaşıb. Videodan təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içiblər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.