Azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı prokurorluqdan açıqlamabackend

Azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı prokurorluqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Yevlaxda məktəblinin polis tərəfindən döyülməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada deyilir:

“Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb”.

Qeyd edək ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.