Azyaşlıya qarşı zorakılıq edən şəxs həbs edildibackend

Azyaşlıya qarşı zorakılıq edən şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 15 yaşlı qızın bir neçə nəfər tərəfindən zorakılığa məruz qalması və narkotik vasitələrdən istidafadəyə məcbur edilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə bildirilib ki, sözügedən qız daha əvvəl evdən qaçıb və ailənin müraciəti əsasında tapılaraq təhvil verilib: “12.06.2021-ci il tarixində Bərdə şəhər Cumalar kənd sakini C.B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını bildirib. Məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşib və paytaxt istiqamətinə gedib. H.B. Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq 15.06.2021-ci il tarixində ailəsinə təhvil verilib”.

Qeyd olunub ki, yeniyetmənin zorlanması iddiası ilə bağlı da araşdırmalar aparılıb və artıq 1 nəfər həbs olunub: “16.06.2021-ci il tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B. tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir”.