“AZZA”ya silahlı basqında pul və içki aparılıbbackend

“AZZA”ya silahlı basqında pul və içki aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda quldurluqda təqsirləndirilən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70 ünvanında yerləşən “AZZA” şirniyyat dükanına baş verib.

A.Abdullayev satıcıları bıçaqla öldürməklə hədələyərək, kassadakı pulları tələb edib. O, kassadan 950 manat və 1 ədəd “Alpha Line” içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.
Report