Baba Rzayevin şirkəti cərimələndibackend

Baba Rzayevin şirkəti cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Santral Elektrik” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə (Yol hərəkəti qaydalari əleyhinə olan inzibati xətalar) inzibati protokol tərtib edilib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, “Santral Elektrik” QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Xalid Əlisoyun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, 2003-cü ildən fəaliyyət göstərən “Santral Elektrik” QSC-nin (VÖEN: 1500023051) hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor (Daş Karxanası), ev 11, məhəllə 2062-də yerləşir. Nizamnamə kapitalı 2000 manat olan QSC-nin qanuni təmsilçisi Həsənov İlham Ağaməsim oğludur.

Qeyd edək ki, Həsənov İlham Ağaməsim oğlu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba (Balababa) Rzayevin qaynıdır.

“Santral Elektrik” QSC (əvvəlki adı “Santral Elektrik LTD” MMC) dövlət qeydiyyatına alınan zaman 2 təsisçisi olub. MMC-nin 70%-lik hissəsi Baba Rzayevə, 30%-lik hissəsi isə Həsənova Nərminə Altay qızına məxsus olub.