Babadağına gedənlər köməksiz vəziyyətə düşdülərbackend

Babadağına gedənlər köməksiz vəziyyətə düşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Babadağına ziyarətə gedən bir neçə nəfər köməksiz vəziyyətdə qalıb.

Bu barədə NOCOMMENT-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

“Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.