Babək prospektində körpü dondu, 4 maşın toqquşdu – VİDEObackend

Babək prospektində körpü dondu, 4 maşın toqquşdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində zəncirvari yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün donması səbəbindən 4 avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin təsirindən qəzaya uğrayan maşınlardan biri körpünün ortasındakı bardürün üzərinə çıxıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: