Kənd Təsərrüfatı Nazirliyi Xocavənd Regional Bölməsi üçün layihə-smeta xidmətləri satın alır
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Xocavənd Regional Bölməsinin inzibati bina, laboratoriya və digər tikililərinə dair layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üçün “KON-LAY PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 49.442 AZN təşkil edir.
Qeyd edək ki, ötən il Babək Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderin qalibi də “Kon-Lay Project” MMC olmuş, şirkət Nehrəm qəsəbəsində 3 sanitar qovşağın layihə-smeta sənədlərini hazırlamışdı.
Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədovdur.













