Babək Səmidli qəsdən də minaya salına bilər, prokurorluq araşdırmalıdırbackend

Babək Səmidli qəsdən də minaya salına bilər, prokurorluq araşdırmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayılıb. Səs yazısında B.Səmidli orduda olan yüksəkvəzifəli şəxslər barədə ciddi ittihamlar səsləndirib.

O, 44 günlük müharibədə komandanlığın buraxdığı səhvlər nəticəsində itkilərin çox olduğunu bildirib. Şəhid polkovnik həmçinin qeyd edib ki, hücuma hazırlaşarkən yuxarı komandanlıq onlardan, düşmən tərəfdən tank sayının qəsdən az göstərilməsini tələb edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Meydan TV-yə açıqlamasında B.Səmidlinin səs yazısına münasibət bildirib.

Deputat deyib ki, səs yazısını araşdırmaq prokurorluq orqanlarının işidir: “Prokurorluq orqanları onu araşdırmalıdır. Orda müharibə ilə bağlı, müharibədə kimin xəyanət etməsi ilə bağlı çox ciddi söhbətlər var. Və niyə bu, iki ildən sonra ortaya çıxıb, bu da maraqlı məsələdir. Bu, hüquq-mühafizə orqanlarının işidir, araşdırmalıdırlar.

Mən müstəntiq deyiləm ki, sözümü deyəm. Amma Babək Səmidli qəhrəmandır, onun dediklərinə də inanıram. Gördüklərindən, döyüşdə şahidi olduğu, ondan əvvəlki hadisələrdən danışır.

Babəkə necə inanmaya bilərəm? Özü də onu da, ailələrini də, atasını, bacısını da tanıyırdım. Belə bir güman da var ki, onun səs yazısını kimlərəsə ötürüblər. Ola bilər ki, bundan sonra minaya düşsün. Təsadüfdən də düşə bilər, qəsdən də salına bilər. Bunu araşdırmaq prokurorluq orqanlarının işidir”.