Bağ evi almaq müşkülə çevrilib – Ən bahalı torpaqlar haradadır? – VİDEObackend

Bağ evi almaq müşkülə çevrilib – Ən bahalı torpaqlar haradadır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, əmlak eksperti Elnur Azadovla bu mövzu müzakirə edilib.

Ekspert qeyd edib ki, hər il daşınmaz əmlak qiymətlərinin artması onların kirayəsinin də bahalaşmasına səbəb olur:

“Koronovirus pandemiyasından sonra bağ evlərinə tələbat artdı. Bahalaşma daha çox populyar ərazilərdə müşahidə olunur. Mərdəkan, Buzovna, Bilgəhdə, bölgələrdən isə Şamaxı, İsmayıllı, Quba və Qusarda bağ evlərinə tələbat yüksəkdir”, – deyə E.Azadov əlavə edib.